Due to COVID-19, the ongoing health and containment emergency measures may cause service delays at logistic couriers and Xiaomi authorized service centers until further notice. Thank you for your understanding and support.×
Home > Support > warranty

warranty

XIAOMI ZƏMANƏT BİLDİRİŞİ

BU ZƏMANƏT SİZƏ MÜƏYYƏN HÜQUQLAR VERİR VƏ SİZ ÖLKƏNİZİN, ƏYALƏTİNİZİN VƏ YA ŞTATINIZIN QANUNLARI İLƏ ÖTÜRÜLƏN DİGƏR HÜQUQLARA MALİK OLA BİLƏRSİNİZ. HƏQİQƏTƏN DƏ BƏZİ ÖLKƏLƏRDƏ, ƏYALƏTLƏRDƏ VƏ YA ŞTATLARDA İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA QANUNVERİCİLİK MİNİMUM ZƏMANƏT MÜDDƏTİ TƏYİN EDƏ BİLƏR. QANUNLA İCAZƏ VERİLƏN HALLAR İSTİSNA OLMAQLA, XIAOMI SİZİN MALİK OLA BİLƏCƏYİNİZ DİGƏR HÜQUQLARI İSTİSNA ETMİR, MƏHDUDLAŞDIRMIR VƏ YA LƏĞV ETMİR. HÜQUQLARINIZI TAM BAŞA DÜŞMƏK ÜÇÜN SİZƏ ÖLKƏNİZİN, ƏYALƏTİNİZİN VƏ YA ŞTATINIZIN QANUNLARI İLƏ TANIŞ OLMAĞI TÖVSİYƏ EDİRİK. Razılaşma üzrə bu Zəmanət yalnız Xiaomi Məhsulunun (bundan sonra "Məhsul" adlandırılacaq) aparat komponentlərinə ilkin olaraq təqdim edildiyi formada tətbiq edilir və Xiaomi ya üçüncü şəxslərə məxsus hər hansı proqram təminatına və ya digər avadanlığa tətbiq edilmir.

MƏHSULA MƏHDUD ZƏMANƏT

Xiaomi ilkin alıcıya Xiaomi Məhsulunun zəmanət müddəti ərzində normal istifadə edildikdə materiallarda və istehsalda qüsurlara malik olmayacağına zəmanət verir. Əgər mövcud qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, əsas blok üçün alış tarixindən etibarən bir (1) il, çıxarıla bilən batareya və adapter üçün altı (6) ay, çıxarıla bilməyən batareya üçün bir (1) il, qulaqcıqlar üçün üç (3) ay zəmanət verilir. Yuxarıda göstərilənlərə baxmayaraq, Xiaomi mövcud qanunvericiliklə müəyyən edilmiş minimum zəmanət müddətini istisna etmir, məhdudlaşdırmır və ya dayandırmır. Xiaomi, Məhsulun işinin fasiləsiz və ya xətasız olacağına zəmanət vermir.

HÜQUQİ MÜDAFİƏ VASİTƏLƏRİ

Avadanlıq çatışmazlığı aşkar edildikdə və Xiaomi Zəmanət Müddəti ərzində əsaslı bir iddia daxil olarsa, Xiaomi ya (1) Məhsulu ödənişsiz olaraq təmir edəcək, yeni və ya bərpa edilmiş ehtiyat hissələrindən istifadə edəcək, (2) Məhsulu yeni və ya bərpa edilmiş məhsulla əvəz edəcək və ya (3) potensial göndərmə xərcləri çıxılmaqla Məhsulun dəyərini geri qaytaracaq.

Qüsur aşkar edildikdə, qanunla icazə verildiyi qaydada bunlar sizin yeganə və müstəsna hüquqi müdafiə vasitələriniz olacaqdır. Mövcud qanunvericiliklə qadağan edilmiş hallar istisna olmaqla, göndərmə və emal haqqı tətbiq oluna bilər. Əvəz edilmiş hər hansı avadanlıq məhsuluna zəmanət ilkin zəmanət müddətinin qalan hissəsinə və ya sizin yurisdiksiyanızda tətbiq edilə bilən hər hansı əlavə müddətdən (hansı daha uzundursa) asılı olaraq otuz (30) gün müddətinə verilir.

ZƏMANƏT XİDMƏTİNİ NECƏ ƏLDƏ ETMƏK OLAR

Mövcud qanunvericiliyə uyğun olaraq, Xiaomi müştəridən Məhsulun IMEI ilə satınalma detallarını və zəmanət talonunu təsdiqləməsini tələb edə bilər. Məhsulda saxlaya və qoruya biləcəyiniz hər hansı məlumatların, proqram təminatının və ya digər materialların ehtiyat surətçıxarmasına görə siz məsuliyyət daşıyırsınız. Ehtimal olunur ki, bu cür məlumatlar, proqram təminatı və ya digər materiallar servis zamanı itiriləcək və ya format ediləcək və Xiaomi hər hansı bir zərər və ya itkiyə görə heç bir məsuliyyət daşımayacaqdır.

İSTİSNALAR VƏ MƏHDUDİYYƏTLƏR

Xiaomi tərəfindən başqa qayda nəzərdə tutulmayıbsa, bu Məhdud Zəmanət yalnız Xiaomi tərəfindən və ya Xiaomi üçün istehsal edilmiş, "Xiaomi" və ya "Mi" ticarət nişanı, ticarət adı və ya ona əlavə edilmiş loqo ilə müəyyən edilə bilən Məhsula şamil edilir. Məhdud Zəmanət aşağıdakılardan heç hansı birinə şamil edilmir: (a) İldırım, tornado, daşqınlar, yanğınlar, zəlzələlər və ya digər xarici səbəblərdən təbii fəlakətlərin vurduğu ziyan; (b) Səhlənkarlıq; (c) Kommersiya məqsədli istifadə; (d) Məhsulun istənilən hissəsinin dəyişməsi və ya modifikasiyası; (e) Xiaomi məhsulu olmayan məhsullardan istifadə nəticəsində dəyən zərər; (f) Qəza, sui-istifadə və ya yanlış istifadə nəticəsində yaranan zərər; (g) Xiaomi tərəfindən təsdiq edilmiş və ya düzgün istifadə edilməyən Məhsulun istismarı və ya güzgün olmayan gərginlik və ya enerji təchizatı səbəbindən yaranan zərər; (h) Xiaomi nümayəndəsi olmayan şəxs tərəfindən göstərilən xidmət (yeniləmə və əlavələr daxil olmaqla) və ya (i) Məhsuldan istifadə ilə bağlı təlimatlara riayət edilməməsi nəticəsində yaranan zərər. Bu Məhdud Zəmanət proqram təminatının və istifadəçi məlumatlarının bərpası və yenidən quraşdırılmasına şamil edilmir. Xiaomi şirkətinin heç bir satıcısı, agenti və ya əməkdaşı bu Məhdud Zəmanətə hər hansı bir dəyişiklik, əlavə və ya düzəliş etmək səlahiyyətinə malik deyil. Əgər hər hansı şərt qanunsuz və ya qanuni qüvvəsi olmayan hesab edilərsə, qalan şərtlərin qanuniliyi və ya iddia qüvvəsinə təsir göstərilməyəcək və ya pozulmayacaqdır. Qanunla qadağan edilmiş və ya Xiaomi tərəfindən başqa qaydada müəyyən edilmiş hallar istisna olmaqla, satışdan sonra xidmətlər ilkin satınalma ölkəsi və ya regionu ilə məhdudlaşır. Hazırkı zəmanətlər Xiaomi tərəfindən düzgün idxal edilməmiş və/və ya düzgün şəkildə istehsal edilməmiş və/və ya Xiaomi şirkətinin rəsmi satıcısından düzgün satın alınmayan məhsulları əhatə etmir. Mövcud qanunvericiliyə uyğun olaraq, məhsulu satan qeyri-rəsmi pərakəndə satıcıdan zəmanətlərdən istifadə edə bilərsiniz. Buna görə də Xiaomi sizə məhsulu satın aldığınız pərakəndə satıcıya müraciət etməyi tövsiyə edir. Hazırkı zəmanətlər Honq Konq və Tayvanda qüvvəyə malik deyil.

DOLAYI ZƏMANƏTLƏR

Mövcud qanunvericiliklə qadağan edilmiş hallar istisna olmaqla, bütün dolayı zəmanətlər (əmtəə uyğunluğu və konkret məqsəd üçün yararlılıq zəmanətləri daxil olmaqla) bu məhdud zəmanətin qüvvədəolma müddəti ilə məhdudlaşdırılır. Bəzi yurisdiksiyalarda dolayı zəmanətin qüvvədəolma müddətinin məhdudlaşdırılmasına yol verilmir, buna görə də yuxarıda göstərilən məhdudiyyət sizə şamil edilməyə bilər.

ZƏRƏRİN MƏHDUDLAŞDIRILMASI

Mövcud qanunvericiliklə qadağan edilmiş hallar istisna olmaqla, Xiaomi hər hansı təsadüfi, dolayı, xüsusi və ya ardıcıl zərərə görə məsuliyyət daşımır, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, mənfəət, gəlir və ya məlumat itkisi, birbaşa və ya dolayı zəmanətin və ya şərtlərin hər hansı birinin pozulması nəticəsində yaranan zərərlər və hətta Xiaomi bu cür zərərin mümkünlüyü barədə məlumatlandırılmış olsa belə, hər hansı digər hüquqi nəzəriyyəyə uyğun olaraq zərərlərə görə heç bir məsuliyyət daşımır. Bəzi yurisdiksiyalar xüsusi, dolayı, təsadüfi və ya ardıcıl zərərin istisna edilməsinə və ya məhdudlaşdırılmasına icazə vermir, buna görə də yuxarıda göstərilən məhdudiyyətlər və ya istisnalar sizə şamil edilməyə bilər.

Xiaomi Səlahiyyətli Servis Mərkəzi


Ölkə
Şəhər Servis Mərkəzi/SM Ünvan İş vaxtı Telefon nömrəsi
Azərbaycan Bakı Servis Mərkəzi Bakı şəhəri 28 May küçəsi 13 10:00-19:00 Bazar ertəsi-Bazar +994-55-2335303